DİQQƏT! Bayramqabağı ŞƏKƏR TOZU və UNUN qiyməti artacaq

İqtisadiyyat

11.03.2026 17:06

“Hər il bayramqabağı təəssüf ki, bazarlarda qiymət artımı baş verir”.

Bunu TodayPress TV-yə açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.


Onun sözlərinə görə, xüsusilə də şəkər və un məmulatlarının istehlakında ciddi artım müşahidə olunur: 

“Bu isə bəzi hallarda müəyyən işbazlar tərəfindən süni qiymət artımına səbəb olur. Təcrübə göstərir ki, bəzi hallarda pərakəndə ticarətçilər bayram günlərində qiymətləri artırmağa meyilli olurlar. Lakin hazırda qeyd olunan məhsullarda hələ ki, artım müşahidə olunmasa da, müəyyən qiymət artımı yarana bilər”. 

İqtisadçı vurğulayıb ki, belə bir artım olsa belə, bu, qısamüddətli ola bilər.

Qeyd edək ki, 20-21 mart tarixlərində Azərbaycanda Novruz bayramı qeyd olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Eyyub Kərimli,İqtisadçı,Un,Şəkər,Bahalaşma,Todaypress.tv,