"Bitcoin" 63 min dollara kimi ucuzlaşdı
İqtisadiyyat
24.02.2026 10:31
Kriptovalyuta bazarında eniş trendi davam edib.
TodayPress TV CoinMarketCap platformasına istinadən xəbər verir ki, son 24 saatda dünyanın ən böyük kriptovalyutası olan Bitcoinin qiyməti 2,86% azalıb. Hazırda BTC 63 207 dollar səviyyəsində ticarət olunur.
Bazarın ikinci ən böyük aktivi olan Ethereum isə sutka ərzində 1,99% dəyər itirib və 1 829 dollara enib.
Digər iri aktivlərdən BNB 0,19% artıb, Bitcoin Cash 9,32%, Monero 1,60%, Zcash isə 2,71% azalıb.
Qızıl təminatlı tokenlərdən PAX Gold 0,35%, Tether Gold isə 0,18% artım göstərib.
Analitiklər sutkalıq enişi qlobal maliyyə bazarlarında risk iştahının zəifləməsi, investorların daha təhlükəsiz aktivlərə – xüsusilə qızıl yönümlü tokenlərə üstünlük verməsi və kriptovalyuta bazarında satış təzyiqinin artması ilə izah edirlər.
tag: Bitcoin,Dollar,Kriptobazar,Ucuzlaşma,TodayPress TV,
