Azərbaycanda illik inflyasiya 5,9 faizə çatdı
2025-ci ilin oktyabrında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artıb.
TodayPress TV xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 8,2 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, xidmətlər üzrə isə 5,6 faiz yüksəlib.
Aylar üzrə müqayisədə oktyabrda qiymətlər sentyabr ayına nisbətən 0,5 faiz artıb. Yanvar-oktyabr aylarında isə ümumi inflyasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz təşkil edib.