Azərbaycan neft məhsullarının ixracını 18%-dən çox artırdı

Azərbaycan neft məhsullarının ixracını 18%-dən çox artırdı
17.11.2025 14:09 İqtisadiyyat

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 327 757,92 min ABŞ dolları dəyərində 587 805,75 ton neft məhsulları ixrac edib.

TodayPress TV xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilərə əsasən hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,06%, həcmi isə 18,6% çox olub.

Xatırladaq ki, ötən il Azərbaycan 334 918,14 min ABŞ dolları dəyərində 537 628,46 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin göstəricisi ilə müqayisədə 41,5%, həcmi isə 41,9% azalıb.

TodayPress TV



XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər