Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 15 % artdı

İqtisadiyyat

13.04.2026 14:43

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 49,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 % çox investisiya yönəldilib.

TodayPress TV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiyalar 2,2 % artaraq 2 milyard 523,9 milyon manata çatıb. Beləliklə, rüblük investisiya qoyuluşunda sektorun payı 62,3 % təşkil edib.

TodayPress TV

tag: Azərbaycan,İqtisadiyyat,Artım,İnvestisiya,Todaypress.tv,