Avstraliyadan kürü əvəzediciləri alışı artdı

İqtisadiyyat

14.02.2026 18:00

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 950 min ABŞ dolları dəyərində 71,3 ton balıq kürüsünün əvəzedicilərini idxal edib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 13 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 540,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çox) 19,1 ton (-34 %), Belarusdan 241 min ABŞ dolları dəyərində (+60 %) 33 ton (+57 %), Çindən 94,13 min ABŞ dolları dəyərində 8,1 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 47 min ABŞ dolları dəyərində (-4 %) 9,3 ton (-25 %), Qazaxıstandan 20,31 min ABŞ dolları dəyərində 1,88 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliyadan tədarük (0,7 min ABŞ dolları dəyərində 0,02 ton) həyata keçirilib.

TodayPress TV

tag: Kürü,Alış,Artım,Miqdar,Todaypress.tv,