AMB: Maliyyə bazarlarında gəlirlilik əyrisi azaldı

İqtisadiyyat

02.04.2026 11:39

Azərbaycanın maliyyə bazarlarında gəlirlilik əyrisi azalıb

TodayPress TV bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Təminatsız pul bazarında faizlər AMB-nin faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Faiz dəhlizi parametrlərinin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub. Belə ki, AZIR indeksinin orta günlük səviyyəsi 2026-cı ilin yanvarında 6,7 % olduğu halda, bu göstərici fevralda 6,54 %-ə, martda isə 6,47 %-ə enib. Ötən iclasdan bəri gəlirlilik əyrisində və AMB-nin notları üzrə gəlirlilikdə də azalmalar baş verib. AMB əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırıb.

TodayPress TV

tag: AMB,Maliyyə,Bazar,Gəlir,Todaypress.tv,