Texasda yeni süni intellekt mərkəzi qurulacaq
İKT
03.11.2025 19:15
“Microsoft” şirkəti Avstraliyanın bulud provayderi IREN ilə 5 illik, 9,7 milyard dollarlıq müqavilə bağlayıb. “Bloomberg” xəbər verir ki, razılaşma “Microsoft”a Nvidia GB300 sistemləri əsasında süni intellekt hesablama gücü icarəyə götürməyə imkan verəcək.
TodayPress TV xəbər verir ki, müqavilə IREN tarixində ən böyük sazişdir və 20 faiz avans ödənişini nəzərdə tutur. IREN həmçinin “Dell Technologies”dən 5,8 milyard dollarlıq qrafik prosessor və avadanlıq alacaq.
Layihə Texas ştatının Çildress şəhərində inşa ediləcək data-mərkəzdə həyata keçiriləcək və 2025-ci ildə mərhələli şəkildə istifadəyə veriləcək. Mərkəzin ümumi gücü 750 meqavatt olacaq.
IREN əvvəllər bitkoin mədəni ilə məşğul olsa da, son illərdə fəaliyyətini süni intellekt texnologiyalarına yönəldib. Şirkətin NASDAQ birjasında səhmləri ilin əvvəlindən 500 faizdən çox artıb.
Bu addım “Microsoft”un Azure AI Services platformasında artan tələbi ödəmək və OpenAI kimi müştəriləri dəstəkləmək məqsədi daşıyır.
Qiymət Mahir
tag: Microsoft,Avstraliya,IREN ,Nvidia ,Todaypress.tv,
        