Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi

Zverev məşhur tennisçilərin yoxluğuna aydınlıq gətirdi
04.08.2026 10:49 İdman

Aleksandr Zverev Sinner, Alkaras və Cokoviçin Monreal “Masters”ində iştirak etməməsinin səbəbini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Punto de Break” nəşri məlumat yayıb. 

Dünya reytinqində ikinci pillədə qərarlaşan almaniyalı tennisçi Aleksandr Zverev bunun əsas səbəbinin “Masters 1000” seriyasına daxil olan turnirlərin iki həftə davam etməsinin olduğunu bildirib. 

O hesab edir ki, xüsusilə ABŞ Açıq çempionatından (US Open) əvvəl belə uzunmüddətli yarışlar bəzi tennisçilər üçün əlavə yük yaradır.

“Əla formada qalmaq üçün bəzi oyunçular daha çox, digərləri isə daha az turnirdə iştirak etməlidirlər. Mənim üçün oynamaq vacibdir, buna görə də yarışlarda çıxış edirəm. Ancaq artıq ikinci və ya üçüncü ildir ki, Alkaras, Sinner və Cokoviç burada oynamırlar. Bu, iki həftəlik “Masters 1000” turnirlərinin nəticəsidir. Xüsusilə US Open öncəsi bu müddət bəzi oyunçular üçün həddindən artıq uzundur. Mən də əvvəllər daha çox ATP-500 və ATP-250 turnirlərində çıxış edirdim. Lakin indi evdən və ailədən uzun müddət uzaqda qalmalı olduğum üçün bunu etmirəm. Bununla belə, mənim üçün matç praktikası çox vacibdir”, – deyə Zverev bildirib.

Qeyd edək ki, Monreal “Masters” turniri avqustun 2-dən 13-dək keçirilir. Yarışın kişilər arasında tək oyunlar üzrə ümumi mükafat fondu 9,5 milyon ABŞ dollarıdır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər