“Zirə” heyətini yeniləyir
“Zirə” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi Vinsent Tillə vidalaşıb. “Qartallar” vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
Qeyd edək ki, iyul ayında “Zirə”yə transfer olunan Lüksemburq millisinin üzvü komandanın heyətində bir matçda belə meydana çıxmayıb.
Namiq HUN