“Zirə” geridönüşə inanır: “Əlimizdən gələni edəcəyik”

“Zirə” geridönüşə inanır: “Əlimizdən gələni edəcəyik”
29.07.2026 16:07 İdman

“İlk oyunda 0:1 hesabı ilə uduzmuşuq. Əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq”.

TodayPress TV xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın “Payde” klubuna qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.

İlk görüşdəki məğlubiyyəti kompensasiya etmək istədiklərini bildirən mütəxəssis, rəqibin gücünü də yüksək qiymətləndirib:

“Burada elə-belə rəqib olmur. “Payde” də təcrübəli komandadır. Baş məşqçiləri də təcrübəlidir. Rəqibin planı barədə məlumatımız yoxdur. Buna baxmayaraq, öz oyunumuzu göstərməyə çalışacağıq”.

Qeyd edək ki, “Zirə” – “Payde” arasında cavab görüşü iyulun 30-da saat 20:00-da Sumqayıt şəhər stadionunda keçiriləcək. Estoniyada baş tutan ilk oyunda “Payde” 1:0 hesabı ilə qalib gəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər