"Zirə" Ayron Qomislə yollarını ayırdı
"Zirə" klubu futbolçu Ayron Qomislə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Fransalı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Xatırladaq ki, 26 yaşlı oyunçu 2024-cü ildən "Zirə"də çıxış edib.