Yeniyetmə cüdoçularımızın Dyor uğuru

Yeniyetmə cüdoçularımızın Dyor uğuru
18.08.2025 14:50 İdman

Macarıstanda Avropa Cüdo Ümidləri Turniri keçirilib.

TodayPress TV xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışdan cüdoçularımızın qazancı 1 qızıl və 3 bürünc medal olub. 

Dyor turnirinin baş mükafatını komandamıza U-15 yaş kateqoriyasında yarışan Aqşin Bayramov (60 kq) qazandırıb. 

Səttar Qədirov (42 kq), Fərhad Quliyev (60 kq) və U-13 yaş kateqoriyasında yarışan Fəxrim Məhərrəmov (42 kq) isə Avropa Cüdo Ümidləri Turnirinin bürünc medallarına sahib çıxıblar. 

Namiq HUN

FOTOLAR

Yeniyetmə cüdoçularımızın Dyor uğuru — 1
Yeniyetmə cüdoçularımızın Dyor uğuru — 2
Yeniyetmə cüdoçularımızın Dyor uğuru — 3
Yeniyetmə cüdoçularımızın Dyor uğuru — 4
Yeniyetmə cüdoçularımızın Dyor uğuru — 5
XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər