Yekaterinburqda idman matçı atışma səbəbindən yarımçıq qaldı

Yekaterinburqda idman matçı atışma səbəbindən yarımçıq qaldı
11.06.2025 13:59 İdman

Otüstü xokkey üzrə Rusiya çempionatının Yekaterinburqda keçirilən “Dinamo-Stroitel” və “Dinamo-Elektrostal” matçı atışma səbəbindən yarımçıq qalıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Ural Sport Teleqram kanalı məlumat yayıb. 

Mənbənin ilkin məlumatına görə, atışma evin pəncərəsindən pnevmatik silahdan həyata keçirilib. Bir güllə qüllədə qonaq olan operatorun ayağına dəyib. Onun sağlamlıq durumu hazırda yaxşıdır. Hadisə anında idmançılar və tamaşaçılar tribunaların altında gizləniblər. 

Mənbənin yenilənmiş məlumatına görə, naməlum şəxs pnevmatik tapança ilə quşlara atəş açmaq qərarına gəlib və güllə qapının arxasındakı qüllədə çəkiliş edən operatora dəyib. 

Namiq HUN

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər