Xəstəlik onu futboldan uzaqlaşdırdı
İranın “Persepolis” klubunun müdafiəçisi Serju Ore 3 ay müddətinə futboldan kənarlaşdırılıb.
TodayPress TV The Sun nəşrinə istinadən xəbər verir ki, Oreyə hepatit B diaqnozu qoyulub.
32 yaşlı futbolçu komandadan təcrid olunub. O, ən azı üç ay karantində qalacaq.
Qeyd edək ki, Serju Ore bu il avqustun əvvəlində “Persepolis”lə bir mövsümlük müqavilə imzalayıb.
Namiq HUN