Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən növbəti təyinat aldı

Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən növbəti təyinat aldı
12.07.2025 10:45 İdman

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.

Bu barədə TodayPress TV-yə AVF-nin mətbuat xidmətindən məlumat verilib.

Mütəxəssis kişi voleybolçular arasında (U-22) 2026-cı ildə keçiriləcək Avropa Çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək.

O, 11-13 iyulda Türkiyədə keçirilən B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə və yarışın təşkilinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Serbiya, Almaniya və Çexiya milliləri də mübarizə aparır.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər