Vəli Qasımov “Qarabağ”ın uğurundan danışdı

Vəli Qasımov “Qarabağ”ın uğurundan danışdı
17.09.2025 13:53 İdman

Azərbaycanlı məşqçi Vəli Qasımov “Qarabağ”ın Çempionlar Liqasında yaxşı nəticələr əldə etməsinin səbəbini izah edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Çempionat” nəşrinə açıqlama verib.

Qasımov, klubun uğurunun düzgün seçilmiş legionerlərlə bağlı olduğunu deyib:

“Qarabağ” komandasına lazım olan oyunçuları gətirir. Bu, klubun sisteminə uyğun futbolçuların düzgün seçimi ilə bağlıdır. Ona görə də düzgün nəticələr əldə edirlər. Komandanın sisteminə uyğun futbolçu seçimi çox vacibdir”.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin I turunda səfərdə Portuqaliyanın “Benfika” klubunu 3:2 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin qollarını Leandro Andrade, Kamilo Duran və Aleksey Kaşuk vurublar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər