Üzgüçümüz öz rekordunu yenilədi

Üzgüçümüz öz rekordunu yenilədi
18.07.2025 17:10 İdman

Almaniyanın ev sahibliyi etdiyi Universiadanın ikinci yarış günündə Azərbaycanın dörd üzgüçüsü mübarizə aparıb.

TodayPress TV xəbər verir ki, Berlində keçirilən üzgüçülük yarışlarında bu gün Fatimə Alkərəmova, Nihad Yusibov, Rəşad Alquliyev və Səid Həmidov çıxış ediblər.

Alkərəmova 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında 5:6.98 saniyəlik nəticə ilə 23 idmançı arasında 17-ci olub. Universiadada 100 metr məsafəyə arxasıüstə üzmədə Alquliyev (58,79) 33-cü, Yusibov (1:02.55) isə 37-ci olub. Həmidov isə 200 metr məsafəyə qarışıq üsulla üzmə yarışında məsafəni 2:07.91 dəqiqəyə qət edib. İdmançı bu nəticə ilə şəxsi rekordunu (2:08.22) yeniləyib.

Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.

(İdman.biz)

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər