Ukrayna ilə oyunun məkanı məlum oldu
Futbol üzrə Azərbaycan yığma komandasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə səfər oyununun məkanı müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Ukrayna - Azərbaycan matçı Polşanın Vroslav şəhərindəki "Tarczynski Arena"da keçiriləcək.
Matç oktyabrın 13-də, Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Qeyd edək ki, UEFA-nın qərarına əsasən, Ukraynadakı müharibə ilə əlaqədar ölkənin milli komandası 2022-ci ilin fevralından sonra ev oyunlarında rəqibləri başqa ölkələrdə qəbul edir.
Namiq HUN