UFC Fight Night: Azərbaycan üçün tarixi turnir

UFC Fight Night: Azərbaycan üçün tarixi turnir
21.06.2025 09:47 İdman

Bu gün Bakıda ilk dəfə Mütləq Döyüş Çempionatının (UFC) turniri keçiriləcək.

TodayPress TV xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunacaq yarışda ilkin döyüşlər saat 20:00-da, əsas qarşılaşmalar saat 23:00-da başlayacaq.

“UFC Fight Night”ın əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri qarşılaşacaqlar.

Turnirdə Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev çilili İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə döyüşəcək.

Namiq HUN

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər