UEFA “Yuventus”u xəbərdar etdi
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Yuventus” klubuna qarşı araşdırmaya başlayıb.
TodayPress TV “The Athletic” nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi mümkün maliyyə pozuntuları ilə əlaqədar UEFA tərəfindən araşdırma obyektinə çevrilib.
“Qoca sinyora” UEFA-dan 2022-2025-ci illər dövrünü əhatə edən araşdırmanın başladığı barədə bildiriş alıb.
Qeyd edək ki, maliyyə pozuntusunun olacağı təqdirdə “Yuventus” cərimələnə və ya futbolçularının UEFA yarışlarında qeydiyyatdan keçməsinə məhdudiyyət qoyula bilər.
Araşdırma ilə bağlı yekun qərar 2026-cı ilin yazında veriləcək.
Namiq HUN