U-17 millimiz növbəti dəfə məğlub oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti dəfə məğlub olub.
TodayPress TV-nin məlumatına görə, IX qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 5:1.
Qeyd edək ki, U-17 ilk matçında Fransaya səkkiz cavabsız qolla uduzub.