U-13 Liqasında 2024/2025-ci illər mövsümünə yekun vuruldu

U-13 Liqasında 2024/2025-ci illər mövsümünə yekun vuruldu
14.06.2025 13:56 İdman

Bayıl stadionunda U-13 Liqasında cari mövsümün üçüncü yer uğrunda oyunu və final görüşü keçirilib. 

TodayPress TV xəbər verir ki, final qarşılaşmasında “Sabah” və “Neftçi“ komandaları üz-üzə gəliblər. 

Rəqibini 4:3 hesabı ilə məğlub edən “Sabah” çempion olub. “Neftçi” isə çempionatın gümüş medalları ilə kifayətlənib. 

Bürünc mükafat uğrunda matçda “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazanan “Ulduz” komandası qələbəyə sevinib. 

Oyunlardan sonra “Ulduz” bürünc, “Neftçi” gümüş medalla, “Sabah” isə  qızıl medal və kubokla təltif olunub. 

Həmçinin fərdi mükafatçılar da müəyyənləşib. U-8 Liqasında “Göztəpə Bakı”dan Fateh Əliyev, U-9 Liqasında “Flaqman”dan Yusif Mustafalı, U-13 Liqasında isə “Neftçi”dən Əkbər Nağıyev feyr-pley mükafatçısı seçilib.

Mükafatları AFFA-nın Yarışların təşkili departamentinin rəisi Emin Cəfərov və A millinin direktoru İlqar Qurbanov təqdim ediblər.

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər