Türkiyə ulduzu mövsümü erkən başa vurdu!
“İnter” klubunun futbolçusu Hakan Çalhanoğlu üçün mövsüm başa çatıb.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
Buna baxmayaraq, Hakan DÇ-2026-da Türkiyə yığma komandasına kömək edə biləcək.
Qeyd edək ki, Çalhanoğlu cari mövsüm 30 matçda 12 qol vurub və 7 qolun ötürməsini verib.
Namiq HUN