"Turan Tovuz" portuqaliyalı futbolçu transfer etdi
"Turan Tovuz" son olaraq Sloveniya təmsilçisi "Olimpiya"nın şərəfini qorumuş Xorxe Silvanı transfer edib.
TodayPress TV klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Vətənində "Sportinq B", "Leyşoeş" və "Pasuş de Ferreyra" kollektivlərinin formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.
Xorxe Silva son mövsümdə "Olimpiya"nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya Kubokunda isə 2 oyunda meydana çıxıb.