Tudor “Yuventus”dakı işini itirdi

Tudor “Yuventus”dakı işini itirdi
27.10.2025 15:54 İdman

Turinin “Yuventus” klubunun rəhbərliyi baş məşqçi İqor Tudora son nəticələrin uğursuz olması səbəbindən vəzifəsindən azad edildiyini bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabrizio Romano X sosial şəbəkəsində məlumat yayıb.

47 yaşlı mütəxəssis “Yuventus”u 2025-ci ilin 23 martında çalışdırmağa başlayıb. 13 iyun tarixində “qoca sinyora” xorvatiyalı məşqçi ilə müqaviləni 2027-ci ilin iyun ayının sonuna qədər uzadıb. Tudorla əlavə bir mövsüm üçün opsion da nəzərdə tutulub. 

Qeyd edək ki, cari mövsüm A Seriyasının səkkiz turundan sonra “Yuventus” 12 xalla 8-ci yerdə qərarlaşıb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər