Torubara “İnter Mayami” ulduzlarının gündəlik həyatdakı davranışlarını açıqladı

Torubara “İnter Mayami” ulduzlarının gündəlik həyatdakı davranışlarını açıqladı
31.05.2025 10:45 İdman

“İnter Mayami” klubunun 18 yaşlı qapıçısı Dmitri Torubara komandanın ulduz futbolçuları – Lionel Messi, Luis Suarez, Serxio Buskets və Jordi Alba haqqında maraqlı açıqlamalar verib.

TodayPress TV Torubaranın ua.tribuna.com-a sözlərinə istinadən xəbər verir ki, bu futbolçuların heç biri öz keçmiş nailiyyətləri ilə öyünmür və komanda daxilində özlərini olduqca sadə və təvazökar aparırlar:

“Buskets ümumiyyətlə daha qapalı insandır. Çox mehribandır, səhər yeməyində və naharda həmişə salamlaşır. Heç biri “Mən “Barselona”da oynamışam, sizdən üstünəm” kimi düşünmür. Komandaya bağlıdırlar, gənc oyunçularla da normal münasibət qururlar. Düzdür, ən yaxın dostlar deyilik, amma hər zaman salam verirlər, ünsiyyət qururlar. Heç vaxt elə hiss olunmur ki, onlar hansısa ‘planetlərarası’ ulduzlardır”.

Torubara, xüsusilə Jordi Albanın komandada müsbət atmosfer yaratdığını vurğulayıb:

“Jordi Alba kollektivin ruhudur. Gənclərlə, böyüklərlə, amerikalılarla zarafatlaşır, məşqdən sonra da qalır. Həqiqətən komandada pozitiv bir ab-hava yaradır”.

Messi və Suarez haqqında danışan qapıçı qeyd edib:

“Messi, əvvəlcədən də bildiyiniz kimi, qapalı xarakterlidir. Klubda səhər yeməyi və nahar etmir, şəxsi həkimi və fizioterapevti var. Yəni bir az komandanın kənarındadır, amma məşqlərdə hamı ilə birlikdə olur, ünsiyyət qurur, çox tərbiyəlidir. Heç vaxt salam verməməyi və ya buna bənzər hərəkəti olmayıb. Çox mehriban biridir”.

Qapıçı Messinin fotoşəkillərə qarşı münasibətinə də toxunub:

“Messi şəkil çəkməyə sakit yanaşır. Heç vaxt kiməsə imtina etdiyini görməmişəm. Ətrafında milyonlarla mühafizəçi yoxdur, ancaq bir ciddi mühafizəçisi var – yəqin tanıyırsınız. O qədər ciddidir ki, bütün klub ondan qorxur (gülür). Ona baxanda düşünürsən: ‘Yaxınlaşım, ya yox?”

Torubara bildirib ki, klub daxilində Messidən foto istənilməməsi tövsiyə olunub:

“Deyirdilər ki, Messi üçün bura iş yeridir. Onsuz da evinin və stadionun qarşısında kifayət qədər fanat onu gözləyir. Amma, bu çox çətindir. Messi iki metrliyində olanda şəkil istəməmək mümkün deyil. Bu artıq refleksdir. Mən də nəzakətlə soruşdum və o da razılaşdı”.

Dmitri Torubaranın sözləri, ulduz futbolçuların sadə və dostyana davranışlarının komandada necə təsir yaratdığını bir daha göstərir.

Namiq HUN

XƏBƏR LENTİ
01 IYUN 2026
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Bütün Xəbərlər