Təmsilçilərimiz Avropa Atıcılıq Çempionatında bürünc medal qazandı

Təmsilçilərimiz Avropa Atıcılıq Çempionatında bürünc medal qazandı
29.07.2025 22:50 İdman

Fransanın Şatoru şəhərində keçirilən Avropa Atıcılıq Çempionatında Azərbaycan millisinin üzvü Xanna Əliyeva standart tapança ilə 25 metr məsafəyə atəş açma yarışında bürünc medal qazanıb.

TodayPress TV xəbər verir ki, idmançı 560 xal və 12 daxili onluq (x) nəticə göstərərək turniri 3-cü pillədə başa vurub.

Yarışın ilk iki pilləsində Macarıstan təmsilçiləri qərarlaşıblar. Güclü rəqiblər arasında gərgin rəqabət şəraitində sabit çıxış nümayiş etdirən Xanna Əliyeva bu nəticə ilə Azərbaycanın medal sayını artıraraq ölkəmizə daha bir beynəlxalq uğur qazandırıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər