Sosial şəbəkə paylaşımı Azmun üçün faciəyə çevrilə bilər

İdman

21.03.2026 09:14

“Zenit” klubunun sabiq hücumçusu Sərdar Azmun, mediada yayılan məlumatlara görə, sosial şəbəkələrdə Birləşmiş Ərəb Əmirlikləri liderləri ilə çəkilmiş fotosunu paylaşdıqdan sonra İran milli futbol komandası heyətindən kənarlaşdırılıb.

TodayPress TV xəbər verir ki, bu paylaşım federasiyanın sərt reaksiyasına səbəb ola bilər.

Məlumata əsasən, futbolçu paylaşımda belə yazıb: “Dünyanın ən böyük beyinlərindən bəziləri ilə görüşmək mənim üçün böyük zövq və şərəf idi”.

Bildirilir ki, oyunçunun millidən uzaqlaşdırılması ilə yanaşı, ona qarşı hüquqi addımların, hətta əmlakının müsadirəsinin də nəzərdən keçirildiyi iddia olunur.


Sərdar Azmun karyerası ərzində İran millisinin heyətində 91 oyuna çıxıb, 57 qol vurub və 17 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri regionda ABŞ-nin əsas müttəfiqlərindən biri hesab olunur.

Namiq HUN

TodayPress TV

tag: Zenit,Sərdar Azmun,BƏƏ,Federasiya,Todaypress.tv,