"Şamaxı" "Sumqayıt"ı məğlub etdi

"Şamaxı"  "Sumqayıt"ı məğlub etdi
13.03.2026 22:50 İdman

Premyer Liqanın XXIV turun daha bir oyunu keçirilib.

TodayPress TV-nin  məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. Meydan sahibləri 32 xalla altıncıdır.

Günün ilk görüşündə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı məğlub edib -2:1.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər