"Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi

"Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi
01.08.2026 22:30 İdman

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

TodayPress TV xəbər verir ki, Bakı təmsilçisi nigeriyalı vinger Kristian Nvaçukvunu transfer edib.

20 yaşlı futbolçu İngiltərənin "Şeffild Yunayted" klubundan "Sabah"a keçib. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Kristian Nvaçukvu karyerası ərzində Bolqarıstanın "Botev Plovdiv" (2024/25 mövsümü) və Türkiyənin "Serikspor" (2026) klublarında da çıxış edib.

Qeyd edək ki, nigeriyalı futbolçu yeni mövsümdən etibarən "Sabah"ın uğurları üçün mübarizə aparacaq.

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Bütün Xəbərlər