“Sabah” FIBA Çempionlar Liqasında mübarizəni dayandırdı

İdman

17.12.2025 10:27

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının qrup mərhələsində son oyununu keçirib.

TodayPress TV xəbər verir ki, turnirdə debüt edən Bakı təmsilçisi Almaniyada “Alba Berlin” komandası ilə qarşılaşıb. 

“Uber Arena”da baş tutan görüşdə meydan sahibləri 106:82 hesabı ilə qalib gəliblər.

Komandalar arasında oktyabrın 15-də Bakıda keçirilən ilk oyunda da Almaniya təmsilçisi 85:76 hesabı ilə üstün olmuşdu.

Qeyd edək ki, “Sabah” qrup mərhələsində “Alba Berlin”, Çexiyanın “ERA Nymburk” və Fransanın “Elan Chalon” klubları ilə birlikdə “B” qrupunda yer alıb. Qrupda yalnız bir qələbə qazanan komanda 7 xalla sonuncu yeri tutaraq turnirdə mübarizəni dayandırıb. “Sabah” yeganə qələbəsini Bakıda “ERA Nymburk” üzərində 105:87 hesabı ilə əldə edib.

Namiq HUN

TodayPress TV

tag: Sabah,Basketbol,Fəaliyyət,Oyun,Todaypress.tv,