Ronaldo qol rekordunu yenilədi
“Əl-Nəsr” klubunun kapitanı Kriştiano Ronaldo karyerasında 946-cı qolunu vurub.
TodayPress TV xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı Premyer Liqasının 4-cü turunda “Əl-İttihad”la (2:0) oyunda fərqlənib.
Qeyd edək ki, 40 yaşlı portuqaliyalı ulduz klub səviyyəsində 805, millidə isə 141 qol vurub.
Namiq HUN