Roddik Sinnerin gələcək planını açıqladı

Roddik Sinnerin gələcək planını açıqladı
29.07.2026 17:07 İdman

Yannik Sinner 2027-ci ildə “Rolan Qarros” tennis turnirindən əvvəl bəzi yarışları buraxa bilər.

TodayPress TV “Tennis Head” nəşrinə istinadən xəbər verir ki, ABŞ tennisinin sabiq ulduzu və hazırda ekspert kimi fəaliyyət göstərən Endi Roddik Yannik Sinnerin Monrealda keçiriləcək “Masters” turnirindən imtina etməsi ilə bağlı fikirlərini bölüşüb.

“US Open-2003” çempionu hesab edir ki, italiyalı tennisçi 2027-ci ildə “Rolan Qarros”a daha yaxşı fiziki durumda hazırlaşmaq üçün torpaq örtüklü kortlarda keçiriləcək bəzi turnirlərdə iştirak etməyə bilər.

Roddikin sözlərinə görə, “Uimbldon”un qalibləri adətən Kanadadakı yarışları buraxaraq istirahət etməyə və ABŞ Açıq çempionatına hazırlaşmağa üstünlük verirlər.

“Uimbldondakı qələbəsindən sonra Yannikdən növbəti planını soruşdum. O, mənə “bir az dincələcəyəm” dedi. Həmin an düşündüm ki, deməli, Kanada turniri olmayacaq”, – deyə Roddik bildirib.

Ekspert əlavə edib ki, Sinner “Rolan Qarros”dan əvvəl yüksək səviyyədə çıxış etsə də, fiziki problemlər yaşayıb. Bu səbəbdən onun gələn il əsas diqqəti bədənini qorumağa yönəldərək bəzi turnirlərdən imtina etməsi mümkün görünür.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər