“Real”da Rüdigerin gələcəyi müzakirə mövzusudur

“Real”da Rüdigerin gələcəyi müzakirə mövzusudur
21.03.2026 14:17 İdman

“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa müdafiəçi Antonio Rüdigerin yayda başa çatacaq müqaviləsi ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, mütəxəssis bu barədə “Sport.es” nəşrinə danışıb. 

“Müqavilə məsələlərinə qarışmağı sevmirəm. Hər iki tərəfə böyük hörmətim var. Mən Rüdigerə bağımda abidə qoymağa hazıram. Antonio mənə demişdi ki, mart ayında oynamağa hazır olacaq və elə də oldu! Rüdiger örnək futbolçudur. Belə xarakterə və peşəkarlığa malik oyunçunun komandada olması böyük şərəfdir. Onun haqqında yalnız ən yaxşı sözləri deyə bilərəm”, – deyə Alvaro Arbeloa bildirib.

Qeyd edək ki, cari mövsümdə Antonio Rüdiger bütün turnirlərdə 17 oyunda iştirak edib və 1 qol vurub. Transfermarkt portalında futbolçunun bazar dəyəri 9 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər