Qol güləşi millimiz mundialın qalibi oldu

Qol güləşi millimiz mundialın qalibi oldu
30.10.2025 15:36 İdman

Azərbaycanın qol güləşçiləri Bakıda təşkil olunan dünya çempionatında iki gün ərzində 55 medal qazanıblar.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, bu barədə millinin baş məşqçisi Samir Babayev deyib.

“Hazırda yarış davam edir. Iki gün ərzində 12-si qızıl, 24-ü gümüş və 19-u bürünc olmaqla ümumilikdə 55 medal qazanmışıq. Gənclərdən ibarət komandamız dünyanın ən güclüsü olub. Böyüklər arasında sol və sağ qollarla yarışlara start verilib. Hədəfimiz dünya çempionatının qalibi olmaqdır”.

Qeyd edək ki, qol güləşi üzrə dünya çempionatı oktyabrın 31-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər