“Qəbələ”də ayrılıq
“Qəbələ” klubu Abdullahi Şuaybu ilə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2024-cü ilin yayından “Qəbələ”nin formasını geyinən Şuaybu meydana çıxdığı 29 oyunda 8 qol vurub.
Klub rəhbərliyi “Qəbələ”nin uğurunda əməyi olan Abdullahi Şuaybuya gələcək karyerasında uğurlar arzulayıb.
Namiq HUN