"Qarabağ"ın rəqibi yeni transferini açıqladı
“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Benfika” yeni transferini açıqlayıb.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi 18 yaşlı yarımmüdafiəçi Federiko Koletta ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.
Futbolçu “Roma” klubundan transfer edilib və “Benfika”nın B komandasında forma geyinəcək.
O, son mövsümdə “Roma”nın U-20 komandasının heyətində meydana çıxdığı 38 oyunda 14 qol vurub. Koletta iki dəfə gənclər arasında İtaliya çempionatının qalibi olub. Yarımmüdafiəçi 17 yaşadək futbolçular arasında Avropa çempionu titulunu da qazanıb.
Namiq HUN