“Qarabağ”ın futbolçusu Azərbaycanın U-16 millisindən kənarda qaldı

“Qarabağ”ın futbolçusu Azərbaycanın U-16 millisindən kənarda qaldı
18.06.2025 23:35 İdman

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

TodayPress TV xəbər verir ki, “Qarabağ”ın futbolçusu Tunar Əsgərzadə zədə səbəbindən komandadan kənarda qalıb.

Onun əvəzinə “Neftçi”nin oyunçusu Fəqan Mustafayev düşərgəyə qoşulub.

Qeyd edək ki, U-16 Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər