“Qarabağ”da növbəti ayrılıq gözlənilir
“Qarabağ” klubunun polşalı qapıçısı Mateuş Koxalski komandadan ayrıla bilər.
TodayPress TV xəbər verir ki, qolkiper İngiltərə və Fransa klublarından təklif alıb.
Çempionşip və Liqa 1 komandaları ilə yanaşı, Polşa çempionatının bir neçə təmsilçisi də 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, ötən ilin yayından “Qarabağ”da çıxış edən Mateuş Koxalski Ağdam təmsilçisinin heyətində 28 oyun keçirib. O, bu görüşlərdə 27 qol buraxıb, 13 dəfə isə qapısını toxunulmaz saxlayıb.
(Azertag.az)
Namiq HUN