Qalmaqallı açıqlamalar baha başa gəldi — klub cərimələndi
AFFA-nın İntizam Komitəsi “Turan Tovuz” klubunu yüksək məbləğdə cərimələyib.
TodayPress TV xəbər verir ki, Azərbaycan Kubokunda “Zirə” ilə yarımfinal oyunu zamanı azarkeşlərin hakimlərə ünvanladığı təhqiramiz ifadələrə görə Tovuz təmsilçisi 5 000 manat cərimə olunub.
Bundan əlavə, görüşdən sonra klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu qəsdən alçaldan və şübhə altına alan açıqlamalar verməsi səbəbindən klub daha 15 000 manat cərimələnib.
Namiq HUN