"Qalatasaray" evdə heç-heçə ilə kifayətlənməli oldu!
Türkiyə Superliqasının yeni mövsümünün açılış matçında son çempion "Qalatasaray" doğma meydanda "Çorum" futbol klubu ilə qarşılaşıb.
TodayPress TV xəbər verir ki, RAMS Parkda keçirilən qarşılaşmada "sarı-qırmızılar" son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtara biliblər.
53-cü dəqiqədə Viktor Osimhen "Qalatasaray"ı hesabda önə keçirib. "Çorum" 59-cu dəqiqədə Aleksandros Kiziridis və 61-ci dəqiqədə Xesus Ramiresin qolları ilə hesabda önə keçirib.
70-ci dəqiqədə Kiziridis birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
"Qalatasaray" say üstünlüyündən yararlanaraq 90-cı dəqiqədə Osimhenin ikinci qolu ilə hesabı bərabərləşdirib - 2:2.