Qadınlardan ibarət voleybol klublarımız avrokuboklara qatılmayacaq

Qadınlardan ibarət voleybol klublarımız avrokuboklara qatılmayacaq
11.07.2025 16:27 İdman

Azərbaycanın qadın voleybolçulardan ibarət klubları bu mövsüm avrokuboklarda iştirak etməyəcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə "Report"a ötən mövsüm Yüksək Liqanın mükafatçıları olmuş komandalardan məlumat verilib.

"Azerreyl" Yüksək Liqanın qalibi olub. "Abşeron" gümüş, "Milli Aviasiya Akademiyası" isə bürünc medallara sahib çıxıb.

Kişilərdə ötən mövsüm qızıl medal qazanmış "Azerreyl"in Çempionlar Liqasında, bürünc mükafatçı "Xilasedici"nin isə Çağırış Kubokunda (Challenge Cup) mübarizə aparacağı dəqiqləşib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər