Pis mövsümün nəticəsi: rəhbərlikdə sarsıntı gözlənilir

Pis mövsümün nəticəsi: rəhbərlikdə sarsıntı gözlənilir
06.04.2026 16:34 İdman

“Çikaqo Bulls” klubunun basketbol əməliyyatları üzrə vitse-prezidenti Arturas Karnişovas vəzifəsindən uzaqlaşdırıla bilər.

TodayPress TV insayder Mark Şteynə istinadən xəbər verir ki, Karnişovasın taleyi sual altındadır. 

Məlumata görə, klub rəhbərliyi uğursuz mövsümdən sonra yaxın günlərdə vacib iclaslar keçirəcək və komandanın gələcək strategiyası müəyyənləşdiriləcək. Bu müzakirələrdə Karnişovasın taleyi əsas mövzulardan biri olacaq.

Qeyd edək ki, litvalı funksioner artıq altıncı mövsümdür bu vəzifəni tutur. Bu müddət ərzində komanda yalnız bir dəfə pley-off mərhələsinə vəsiqə qazana bilib.

Cari mövsümdə “Çikaqo Bulls” NBA-nın müntəzəm çempionatında 29 qələbə və 49 məğlubiyyətlə Şərq Konfransında 12-ci pillədə qərarlaşıb və pley-off şansını itirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər