“Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur

“Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur
30.07.2026 12:46 İdman

İngiltərənin “Nyukasl Yunayted” klubu baş məşqçi postuna əsas namizədi müəyyənləşdirib.

TodayPress TV insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu çalışdıran 38 yaşlı alman mütəxəssis Mattias Yayssleni komandanın baş məşqçisi təyin etməyə yaxındır.

Bildirilir ki, tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb və razılaşmanın yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.

Xatırladaq ki, Eddi Hau beş illik fəaliyyətdən sonra işinə fasilə vermək qərarına gəldiyini klub rəhbərliyinə bildirib və vəzifəsini tərk edib. 48 yaşlı mütəxəssis “Nyukasl”dan əvvəl “Bornmut” və “Bernli” klublarını çalışdırıb. Onun rəhbərliyi altında komanda 2024/2025-ci illər mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər