NHL: Patrik Keyn ABŞ rekorduna bərabər xal topladı
Patrik Keyn NHL-də ABŞ oyunçuları üçün rekord xal göstəricisini təkrarlayıb.
TodayPress TV xəbər verir ki, ABŞ Milli Hökkey Liqasının (NHL) müntəzəm çempionatında “Detroit Red Wings” klubu evdə “Los Angeles Kings” komandasına 1:3 hesabı ilə məğlub olub.
“Littl Sizars-arena” qarşılaşmasında Patrik Keyn məhsuldar ötürmə ilə aktivinə 1374-cü xallını yazdıraraq Mayk Modanonun ABŞ oyunçuları üçün rekordunu təkrarlayıb.
Keyn karyerası ərzində müntəzəm çempionatlarda 1341 oyunda 1374 xal (500+874) toplayıb.
Hazırda 37 yaşlı amerikalı xokkeyçinin cari mövsümdə hesabında 39 oyunda 31 xal (8+23) var.
Namiq HUN