Nemanya Matiç A Seriyasında
Təcrübəli serbiyalı futbolçu Nemanya Matiçin yeni klubu bəlli olub.
TodayPress TV A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İtaliyanın “Sassuolo” klubu yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalayıb.
37 yaşlı futbolçu Sassuolo təmsilçisinə azad agent kimi keçib.
Qeyd edək ki, Matiç ötən mövsümdə Lion “Olimpik”ində çıxış edib. O, bütün turnirlərdə meydana çıxdığı 39 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Namiq HUN