NBA arzusu üçün millinin oyunlarını buraxdı: Li Hyon Conq şansını sınayır

NBA arzusu üçün millinin oyunlarını buraxdı: Li Hyon Conq şansını sınayır
18.08.2026 10:43 İdman

Cənubi Koreya millisinin hücumçusu Li Hyon Conq NBA-də çıxış etmək şansını artırmaq üçün Yaponiya ilə keçirilən yoxlama oyunlarında iştirak etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Heavy” portal məlumat yayıb. 

Bildirilir ki, basketbolçu “Nyu-Orlean Pelikans” və “Boston Seltiks” komandalarının mini-məşq düşərgələrində iştirak etmək qərarına gəlib.

Mənbənin məlumatına əsasən, Li avqustun 8-dən 13-dək “Nyu-Orlean Pelikans”ın düşərgəsində olub. Daha sonra, avqustun 16-dan 20-dək “Boston Seltiks”in düşərgəsinə qatılıb.

Hər iki klubda ikitərəfli müqavilə üçün bir vakant yerin olduğu bildirilir. Belə müqavilə basketbolçuya həm NBA-in əsas komandasında, həm də klubun G Liqasındakı filialında çıxış etmək imkanı verir.

Qeyd edək ki, Li Hyon Conq NBA klublarındakı məşq düşərgələri başa çatdıqdan sonra Cənubi Koreya millisinin düşərgəsinə qoşulmağı planlaşdırır.

Namiq HUN

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər