Naxçıvanda Zəfər Gününə həsr olunmuş basketbol yarışı keçirildi

Naxçıvanda Zəfər Gününə həsr olunmuş basketbol yarışı keçirildi
29.10.2025 02:44 İdman

Naxçıvanda məktəblilərdən ibarət basketbol komandaları arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş muxtar respublika turniri keçirilib.

TodayPress TV xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 4 komanda dairəvi sistem üzrə mübarizə aparıb.

Nəticələrə əsasən "Naxçıvan" komandası turnirin qalibi olub. "Culfa" ikinci, "Ordubad" isə üçüncü nəticə göstərib.

İlk üç yerin sahibi olan komandaların üzvləri diplom, medal və kubokla mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər