Millinin medal sayı 5-ə çatdı

Millinin medal sayı 5-ə çatdı
15.08.2025 17:10 İdman

Azərbaycan komandası Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında daha bir medal qazanıb.

TodayPress TV xəbər verir ki, aerobika gimnastikası üzrə Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlük fəxri kürsüyə yüksəlib.

Duetimiz Oyunlarda 19,750 xalla gümüş medal qazanıb.

Nəticədə Dünya Oyunlarında qazanılan mükafatların sayı 5-ə yüksəlib. Daha öncə Tofiq Əliyev (tamblinq), Amin Quliyev (kikboksinq), İrina Zaretska (karate), Daniyel Abbasov və Murad Rəfiyev dueti (akrobatika) də Çenduda fəxri kürsünün ikinci pilləsinə qalxıblar. 

Namiq HUN

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər